Müdafiə Nazirliyi o video ilə bağlı məlumat yaydı – APA TV

Ermənistanın dövlət strukturlarına bağlı bəzi sosial media kanalları Laçın istiqamətində guya fevralın 28-i səhər saatlarında baş vermiş hadisə ilə bağlı qeyri-peşəkar şəkildə montaj olunmuş, dezinformasiya xarakterli video paylaşıblar. Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, təqdim olunan videonun metaməlumatlarının tədqiqi və aparılan qısa araşdırma nəticəsində müəyyən edilib ki, fərqli zamanda və fərqli coğrafi məkanda çəkilmiş video görüntülərin fevralın 28-i hadisə ilə heç bir əlaqəsi yoxdur.

Müəllif | Apa.Tv
Apa.tv