Müdafiə Nazirliyindən TƏCİLİ AÇIQLAMA

Ermənistan silahlı qüvvələrinin bölmələri D-30, D-20 topları və 82 millimetrlik minaatanlardan da istifadə etməklə Azərbaycan Ordusunun Kəlbəcər, Laçın və Daşkəsən rayonları istiqamətlərində yerləşən mövqelərini atəşə tutmaqda davam edir.

 

Müdafiə Nazirliyindən APA TV-yə verilən xəbərə görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülür və qarşı tərəfin atəş məntəqələri məhv edilir.

 

"Əməliyyat şəraiti ordumuzun nəzarətindədir", - deyə məlumatda qeyd olunub.

 

Müəllif | Apa.Tv
Apa.tv