13:04 16 Aprel 2021 139
Ana səhifə Xəbərlər

Müəllimlər hansı halda təhsil müəssisələrinə buraxılmayacaq?

“Təhsil Nazirliyi oktyabrın 1-dən yox, bütün ay ərzində hər iki peyvənd dozasını qəbul edə bilməklə bağlı təklif verib. Hazırda bu istiqamətdə müzakirələr davam edir. Hesab edirik ki, təhsil işçiləri və tələbələrə əlavə imkan veriləcək ki, ay ərzində hər iki dozanı qəbul edə bilsinlər".

 

APA TV-nin xəbərinə görə, bunu təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib.

 

Nazirin müşaviri eyni zamanda bu qərarın təkcə ali və orta ixtisas təhsili müəssisələrinə çalışan və təhsil alanlara yox, bütün təhsil işçilərinə şamil ediləcək: "Vaksin olunmadığı üçün təhsil müəssisələrinə buraxılmayacaq təhsil işçilərinin əmək haqqı məsələsi ilə bağlı hələ ki, məlumat yoxdur. Peyvənd olunmayan, əks-göstəriş, eyni zamanda immun sertifikatı olmayan müəllimlər təhsil müəssisələrinə buraxılmayacaqlar”.

 

Rüstəm Ağayev məktəblərdə bufet və idman zallarının açılması ilə bağlı Nazirlər Kabinetində yeni qaydalar hazırlandığını bildirib.

 

Təhsil Nazirliyi övladını məktəbə göndərmək istəməyən valideynlərin bu tədris ilində iltizam ərizəsi yazıb-yazmayacağı məsələsini aydınlaşdırıb: “Övladını məktəbə göndərmək istəməyən valideynlər iki halda iltizam ərizəsi yazacaqlar. Birinci hal yoluxma sayının yüksək olduğu zonaya görə olacaq. Həmin zonada yaşayan valideynlər ərizə yazaraq övladını məktəbə göndərməyə bilər. İkinci hal isə evlərində koronavirus xəstəsi olan, yaxud hər hansı respirator virus infeksiyası olan valideynlər övladını məktəbə göndərməməsi ilə bağlıdır. Valideynlər xəstəlik barədə məktəb rəhbərliyinə məlumat verməlidir. Bu barədə daha dəqiq məlumat verəcəyik".

 

Qeyd edək ki, Bakıda insanların sıx yaşadığı yerlərdə təhsil işçiləri üçün 5 peyvənd məntəqəsi yaradılıb. Hazırda təhsil işçilərinin 82-83 faizdən çoxu peyvənd olunub.

 

 

İlahə Vəliyeva,

Əli Ələkbər,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın