Müəllimsiz qalan məktəb - BŞTİ bir söz, direktor müavini başqa söz deyir
Bizi elə məktəbin qapısındaca Təlim tərbiyə işləri üzrə direktor müavini Elşən Nəcəfov qarşıladı. Bildirdi ki, sentyabrın 15-də “3 f” sinfinin uşaqları məktəbə gəliblər, amma onlara dərs deyəcək müəllim olmayıb.Bununla bağlı Bakı şəhəri üzrə Təhsil idarəsinə də məlumat verilib. Amma nədənsə Bakı Şəhəri üzrə Təhsil İdarəsi director müavininin dediklərini təkzib etdi. İdarədən sorğumuza şifahi cavab verildi ki, 167 nömrəli tam orta məktəbin 3 F sinfinə artıq müəllim təyin olunub. Nə yaxşı! Bu lap “qız evində toydur, oğlanın isə xəbəri yoxdur” məsəlinə döndü. Çünki direktor müavini “Bakı Şəhəri üzrə Təhsil İdarəsinə demişik, göndərəcəklər”deyir, Bakı Şəhəri üzrə Təhsil İdarəsi isə artıq müəllimin məktəbdə olduğu iddiasındadır. Dəqiq olan bir şey var. O da təhsil alamaq üçün məktəbə ayaq qoyan şagirdlərin müəllimsiz, tədrissiz qalmasıdır. Onlar “Bilik günü”ndə zəngin səsini eşitsələr də, müəllimlərinin səsi hələ də qapı arxasındakı qeyibdədir. Müəllimin dərsinə həsət qalan uşaqlardan açıqlama almaq istəsək də nəktəbin qapılarını üzümüzə bağladılar. Yəqüin sinifdə yox, pedaqoqsuz dəhlizdəcə qalan şagirdləri görməyimizi, lentə almağımızı istəmədilər. AYTƏN SAKİTQIZI