Müğənni Elnarə Abdullayeva cərimələndi

Müğənni Elnarə Abdullayeva karantin qaydalarını pozub.

 

APA TV-nin məlumatına görə, onun barəsində yerindəcə İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi üzrə protokol tərtib olunaraq cərimələnib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidməti faktı APA-ya təsdiqləyib.

 

Qeyd edək ki, müğənninin icazəsi olmadan karantin postundan keçmək istədiyi və polis əməkdaşları tərəfindən saxlandığı barədə məlumat yayılıb.

 

Müəllif | Apa.Tv
Apa.tv