Müğənni İbrahim Borçalının ailəsində faciə: oğlu yol qəzasında öldü
Marneulinin Şulaver kəndində ağır yol qəzası baş verib.
APA-nın Gürcüstan bürosunun yerli sakinlərə istinadən verdiyi xəbərə görə, qəza nəticəsində avtomobildə olan iki nəfər ölüb.
Bildirilib ki, BMW markalı avtomobil yüksək sürətlə ötmə əməliyyatını yerinə yetirərkən sürücü idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb.
Şahidlərin sözlərinə görə, avtomobilin sürücüsü hadisə yerində həyatını itirib, sərnişin xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hazırda hadisə yerində ekspertlər işləyirlər.
Avtomobilin sürücüsünün tanınmış müğənni İbrahim Borçalının oğlu olduğu bildirilir.