Müğənni Nəfəsin maşınından 6 min manat oğurladı, həbs olundu
Nəsimi RPİ 21-ci Polis Bölməsinə dekabrın 30-da rayon ərazisində “Range Rover” markalı avtomobildən 6000 manatın oğurlanması barədə məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Ağdaş rayon sakini Ağayev soyadlı şəxs müəyyən olunaraq saxlanılıb.
“Qafqazinfo” pul oğurlanan avtomobilin tanınmış müğənni Nəfəsə məxsus olduğunu yazıb.