Mühafizəkarlar qələbə qazandı - TRAMP DOSTUNU TƏBRİK ETDİ

Böyük Britaniyada keçirilən növbədənkənar parlament seçkilərində Baş Nazir Boris Consonun sədrlik etdiyi Mühafizəkarlar Partiyası qələbə qazanıb.

 

APA TV-nin BBC-yə istinadən məlumatına görə, hazırkı nəticələrə əsasən, Mühafizəkarlar Partiyası 358, Leyboristlər Partiyası 203, SNP partiyası 48, Liberal Demokratlar isə 11 yer qazanıb.

 

Mühafizəkarların üstünlük üçün ən azı 326 yerə ehtiyacı var idi. Ən son nəticələrin elanı artıq heç nəyi dəyişməyəcək.

 

ABŞ Prezidenti Donald Tramp Boris Consonu sədrlik etdiyi partiyanın növbədənkənar parlament seçkilərində qələbə qazanması münasibətilə təbrik edib. Bu barədə o, “Twitter”də yazıb: "Boris Consonu böyük qələbə münasibətilə təbrik edirəm. "Brexit"dən sonra Böyük Britaniya və ABŞ yeni ticarət razılaşmasını əldə etməkdə sərbəst olacaq. Bu razılaşma Avropa İttifaqı ilə birgə əldə edilə biləcək hər hansı razılaşmadan daha əhəmiyyətli və gəlirlidir. Bunu qeyd et, Boris!" - deyə, Ağ Ev sahibi bildirib.

Müəllif | Apa.Tv
Apa.tv