Mülki şəxs Suqovuşanda minaya düşərək həlak olub

Tərtərin Suqovuşan kəndində mina partlaması nəticəsində mülki şəxs həyatını itirib.

APA TV-nin xəbərinə görə, Laçın rayon sakini, hazırda Tərtərin Seydimli kəndində yaşayan 1988-ci il təvəllüdlü Mahmudov Bəxtiyar Mahmud oğlu aldığı xəsarətlərdən dünyasını dəyişib.

Suqovuşan kənd ərazi nümayəndəsi Xaliq Hümbətov APA TV-yə açıqlamasında bildirib ki, Bəxtiyar Mahmudov işğaldan işğaldan azad olunmuş əraziyə qeyri-qanuni yolla keçib. Ermənilərin minaladığı əraziyə girib və minanın partlaması onun ölümünə səbəb olub.

Müəllif | Apa.Tv
Apa.tv