Murad Dadaşov “Xəzər TV”-nin rəhbəri təyin edildi
“Xəzər TV”-yə yeni rəhbər təyinatı olub.
APA TV-nin xəbərinə görə, Murad Dadaşov “Xəzər TV” MMC-nin Baş Direktoru təyin edilib.
Murad Dadaşov bu gün TV-nin kollektivinə təqdim olunub. Onu kollektivə SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov təqdim edib.
“Xəzər” TV-nin Xəbərlər Departamentinin müdiri İnqilab Məmmədov bildirib ki, iki aylıq danışıqlardan sonra “Xəzər TV”-nin səhmləri “SOCAR Media” qrupunun nəzarətinə keçib. “SOCAR Media” qrupu isə Murad Dadaşovu “Xəzər” TV-nin yeni Baş Direktoru təyin edib.