Müşfiq Hətəmov "Space"in direktoru təyin olunub
"Space" televiziyasına yeni direktor təyin olunub.
APA TV-nin məlumatına görə, Müşfiq Hətəmov televiziya kanalının yeni direktoru təyin olunub.
Qeyd edək ki, ssenarist, kinoprodüser, əməkdar incəsənət xadimi Müşfiq Hətəmov 2011-2019-cu illərdə "Azərbaycanfilm" kinostudiyasının direktoru olub. Daha sonra Mədəniyyət Nazirliyində “Kino” şöbəsində sektor müdiri kimi çalışıb.