Nail Kəmərlinin maşınından oğurluq edən şəxs TUTULDU
Bakıda bloqer Nail Kəmərlinin avtomobilindən oğurluq edən şəxs tutulub.
Bu barədə APA TV-yə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bloger Nail Kəmərlinin avtomobilindən oğurluq etməkdə şübhəli bilinən 1997-ci il təvəllüdlü, əvvəllər oğurluq əməllərinə görə məhkum olunan Əli Kazımov polisin keçirdiyi tədbirlərlə müəyyən olunaraq tutulub.
Bildirilib ki, oğurlanan fotoaparatın zərərçəkmişə qaytarılması təmin olunacaq.