Namaz qıldı, məsciddən çıxdı, quyuya düşdü və... - ŞİRVANDA BƏDBƏXT HADİSƏ
Şirvanda bədbəxt hadisə qeydə alınıb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Şirvanda kanalizasiya quyusundan meyit tapılıb.
Axşam saatlarında məsciddən namaz qılaraq evinə yollanan Şirvan sakini, 1948-ci il təvəllüdlü Şahmirzə Şəfi oğlu Balaşov kanalizasiya quyusuna düşərək boğulub.
Onun meyiti quyudan Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri tərəfindən çıxarılıb və Şirvan Məhkəmə və Patoloji Anatomiya Mərkəzinə təhvil verilib.
Araşdırma aparılır.