Naqif Həmzəyev: “Gəncə aeroportunun adı dəyişdirilərək, ona Nizami Gəncəvinin adı verilsin”

“Gəncə aeroportunun adı dəyişdirilərək, ona Nizami Gəncəvinin adı verilsin”.

 

APA TV-nin məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev deyib.

 

Deputat bildirib ki, Moskva-Bakı reysi artıq açılır: “Yaxşı olardı ki, Gəncə-Moskva, Gəncə-İstanbul reysi də açılsın. Gəncə əhalisi ticarətlə məşğul olur. Digər tərəfdən Gəncədə kanalizasiya tikintisi öz həllini tapmır. Əksinə, bununla bağlı işlər Gəncədəki yollara böyük ziyan vurub. “Azərsu” bu problemlə əlaqədar Gəncə əhalisinə hesabat versə, yaxşı olar”.

Müəllif | Apa.Tv
Apa.tv