Nardaran sakini silahla yaxalandı

Paytaxtın Sabunçu rayonunda üzərində silah-sursat gəzdirən şəxs saxlanılıb.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, Sabunçu Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində, əvvəllər dəfələrlə məhkum olunmuş Nardaran qəsəbə sakini, Ramin Nuriyev tutulub.

 

Onun üzərinə baxış zamanı 1 ədəd "Makarov" markalı tapança, 5 ədəd həmin silaha məxsus  patron və daraq aşkar edilərək götürülüb.

 

Faktla bağlı cinayət işi başlanılıb.

 

Müəllif | Apa.Tv
Apa.tv