Narkokuryer SEYİD tutuldu: "Xuda məni bağışlamadı"
Bakıda saxlanılan narkokuryer Xudaverdi Allahverdiyev polisə şok ifadə verib.
APA TV Lent.az-a istinadən xəbər verir ki, o, özünün seyid olduğunu deyib:
"Kimsə inanmaz ki, mən - Xudaverdi Allahverdiyev narkotika sata bilər. Çünki hamıya özümü seyid kimi tanıdırdım. Adım və soyadım da bunu təsdiq edirdi ki, mən elə-belə adam deyiləm. Heyf oldu əziyyətlərim. Bitdi artıq. Planlarım var idi. Daha çox qazanmaq istəyirdim. Xuda məni bağışlamadı...", - deyə o bildirib.
Qeyd edək ki, Xudaverdi Allahverdiyevdən 1 kiloqram 65 qram heroin aşkar edilərək götürülüb.