Narkoman evdən oğurluq etdi və... - POLİS ƏMƏLİYYATI

 

Hacıqabulda ev oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, zərərçəkən - Hacıqabul şəhəri Ə.Vahid küçəsi 51 ünvanında yaşayan şəxs polisə müraciət edib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Hacıqabul rayon sakini, 1984-cü il təvəllüdlü Quliyev Ağaqulu Qulam oğlu saxlanılıb. Məlum olub ki, narkotik vasitə aludəçisi evə pəncərədən daxil olub. “Saxlanılan şəxsin 1 ədəd bişirmə aparatı, 1 ədəd avtoyuma aparatı, 1 ədəd modem, kompüter prosessoru, DVD, “krosnı” aparatı və müxtəlif növ qab-qacaq oğurlanması müəyyən edilib”.

Təqsirləndirilən şəxs oğurluq əşyaları dəyər-dəyməzinə satıb. Həmin əşyaları alan adamlardan oğurluq mallar maddi sübut kimi geri alınıb.

İstintaq zamanı oğurlanan əşyaların 2 min manata qədər dəyəri olduğu müəyyən edilib.

İstintaq davam edir.

Müəllif | Apa.Tv
Apa.tv