Narkotacir və “müştərisi” saxlanılıb - MASALLIDA
Masallıda Lənkəran sakini heroinlə tutulub.
APA Tv-nin cənub bürosunun verdiyi məlumata görə, Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayonu Liman şəhər sakini Məmmədov İman Ocaq oğlu saxlanılaraq şöbəyə gətirilib. Onun üzərinə baxış keçirilən zaman satış məqsədilə qanunsuz saxladığı 7,219 qram narkotik vasitə heroin aşkar edilərək götürülüb.
DİN-nin "Təhlükəsiz şəhər" xidmətinin və Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Abbasov Ramin Nadir oğlu Bakı şəhəri ərazisində müəyyən edilərək RPŞ-nə gətirilib. O, dindirilərkən İman Məmmədova heroin satdığını etiraf edib.
Faktla bağlı araşdırma aparılır.