Narkotik alverçisi iki həmkəndli yaxalandı - ZAQATALADA
Zaqatalada narkotik vasitələrin qanunsuz dövrüyyəsi ilə məşğul olan iki həmkəndli həbs edilib.
APA TV-nin məlumatına görə, Zaqatala Rayon Polis Şöbəsi əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat tədbiri keçirib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Muxax kənd sakini Vüsal Süleymanov saxlanılıb.
Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.