Narkotik alverçisi müştərisinin zavalına gəldi - CƏLİLABADDA

 

Cəlilabadda narkotik alverçiləri ələ keçib.

APA TV-nin Daxili İşlər Nazirliyinə (DİN) istinadən məlumatına görə, rayonun Günəşli kənd sakini Vasif İsmayılov şübhəli şəxs qismində saxlanılıb.

Baxış zamanı onun üzərindən 2,509, idarə etdiyi “Niva” markalı avtomobildən isə 12 bükümdə - 3,288 qram qurudulmuş marixuana, 2,125 qram narkotik maddə metamfetamin, 15,487 qram 4 bükümdə həşiş qətranı və 28,135 qram çətənə toxumu götürülüb. V.Ismayilov narkotik vasitələri həmyerlisi - Qoşqar adlı şəxsdən aldığını bildirib.

 

Əməliyyat tədbirləri ilə əvvəllər məhkum olunmuş Alar kənd sakini Qoşqar Məmmədov da tutularaq istintaqa təqdim edilib. Ondan 975 qram həşiş qətranı aşkar olunub. Q.Məmmədov narkotik satdığını etiraf edib.

Faktla bağlı hər iki şəxs barəsində cinayət işi başlanıb.

 

Müəllif | Apa.Tv
Apa.tv