Narkotik əkib becərdi, gizlətmək istəyərkən tutuldu - XAÇMAZDA
Xaçmazda qanunsuz olaraq narkotik vasitələrin saxlanılmasında şübhəli bilinən şəxs saxlanılıb.
DİN mətbuat xidmətinin Quba regional qrupundan APA TV-nin şimal bürosuna verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon sakini Cavanşir Qurbanov yaşadığı evin yaxınlığında saxlanılıb.
Hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirilən zaman sellofan torbada ümumi çəkisi 500 qrama yaxın olan qurudulmuş marixuana aşkar olunub: “Həyətimdə 5-6 kol əkib-becərmişdim, 3-4 aydır istifadə edirdim. Çıxardım həyətdən ki, aparıb bir yerdə gizlədim, ya da tullayım, tutuldum”.
Dindirilmə zamanı Cavanşir Qurbanov narkotik maddənin ona məxsus olduğunu və şəxsi istifadəsi üçün qanunsuz olaraq saxladığını bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.