Narkotik əkib-becərməkdə şübhəli bilinən şəxs saxlanılıb

Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilən çətənə kolları aşkar edilib. Rayonun Göycəli kənd sakini 36 yaşlı Vaqif Mehdiyevə məxsus evin həyətyanı sahəsində narkotik xassəli çətənə - Kannabis bitkiləri götürülüb.

 

APA TV xəbər verir ki, götürülən maddi sübutlar bioloji ekspertizaya təqdim olunub. Dindirilmə zamanı Vaqif Mehdiyev çətənə kollarını şəxsi istifadəsi üçün becərdiyini bildirib.

 

Vaqif Mehtiyevin barəsində cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv
Apa.tv