Narkotik satan 13 nəfər tutuldu

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son iyirmi gündə keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 13 nəfər tutulub.

APA TV-nin xəbərinə görə, əməliyyat zamanı üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən Əhməd Məmmədov, Mehdi İsayev və Fərhad Layıcov saxlanılıblar. Aparılan araşdırmalar zamanı onlara narkotik vasitəni satan şəxslərin Fərrux Xəlilov, Rəvan Şabanov və Yaşar Mahamacanov olduqları müəyyən edilib. Onlar tutularaq istintaqa təqdim ediliblər. Narkotacirlərdən satdıqları narkotik vasitədən əldə etdikləri pul və marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Keçirilən digər bir əməliyyat  tədbiri nəticəsində isə daha 6 nəfər - Rasim Məmliyev, Çıraq Çıraqov,  Şaban Qıstarov, Səbuhi Misirov, Rafael Manafov və Vəfadar Osmanov yaxalanıb. Onlardan külli miqdarda heroin, eləcə də qurudulmuş marixuana aşkarlanıb.

Yaşadığı ünvanda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Ramil Dibirov da polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.

Faktlarla bağlı cinayət işi başlanılıb.

Müəllif | Apa.Tv
Apa.tv