Narkotik satan Cəlilabad və Astara sakinləri tutuldu
Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının Cəlilabad və Astarada keçirdikləri ardıcıl əməliyyat tədbirləri nəticəsində 7 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə və psixatrop maddə aşkarlanıb.
APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon Göytəpə şəhər sakini Əli Bağırov saxlanılıb. Onun evinə baxış zamanı 4 kiloqram 295 qram heroin, 1 kiloqram 230 qram metamfetamin, 95 qram həşiş qətranı, üzərində “M-40” yazılmış 39 ədəd metadon həbi və 2 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.
Regional Şöbənin əməkdaşlarının keçirdikləri digər bir əməliyyat nəticəsində isə Hüseyn Əliyevin Astara rayonunun Ərçivan qəsəbəsindəki evindən 1 kiloqram 265 qram heroin və 49 ədəd metadon həbi aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Tural Kərimov
Rövşən Əzimov
APA TV