Narkotik satan dəstə üzvləri tutuldu - BALAKƏNDƏ ƏMƏLİYYAT
Balakəndə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb
APA TV-nin məlumatına görə, rayon Polis Şöbəsinə daxil olan məlumat əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində 27 yaşlı Anar Qarayev saxlanılıb.
Onun yaşadığı evə baxış zamanı psixotrop maddə hesab edilən metamfetamin aşkar edilərək götürülüb.
Anar Qarayevin ətrafında aparılan araşdırmalarla ona psixotrop maddəni satan şəxslərin Gəncə şəhər sakinləri 29 yaşlı Natiq Cəfərov və 30 yaşlı Fuad Əmiraslanov olduqları müəyyən edilib.
Onlar da şübhəli şəxs qismində saxlanılaraq rayon Polis Şöbəsinə gətiriliblər. Natiq Cəfərov və Fuad Əmiraslanovun metamfetamini 500 manata Anar Qarayevə satdıqları, ondan isə 60 manata narkotik vasitə olan heroin aldıqları məlum olub.
Keçirilən daha bir əməliyyat-axtarış zamanı isə rayonun Gərəkli kənd sakini Rövşən Məmmədov şübhəli şəxs qismində saxlanılıb.
Onun yaşadığı evə baxış zamanı 375 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.