Narkotik satan Masallı sakinləri tutuldu
Masallıda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.
APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Söhrab Hüseynli saxlanılıb. Üzərinə keçirilən baxış zamanı ondan 1 kiloqram 70 qram metamfetamin aşkarlanaraq götürülüb.
Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin psixotrop maddənin əldə olunmasında onunla əlbir olan Bakı şəhər sakini Elçin Abasov və Masallı rayon sakini Yusif Babayev də saxlanılıb. Yusif Babayevin üzərindən 20 qrama yaxın metamfetamin, Elçin Abasovdan isə 3 qramdan artıq tiryək aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Tural Kərimov
Rövşən Əzimov
APA TV