Narkotik satan Qobu qəsəbə sakinləri tutuldu
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan şəxslərə qarşı bir neçə əməliyyat tədbiri keçirilib.
DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, Abşeronda keçirilən tədbir zamanı Qobu qəsəbə sakini Muxtar Qəribov saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən 11 qram, yaşadığı mənzildən isə 45 qram tiryək, 244 qram həşiş qətranı, 254 qram marixuana və 1 qram heroin aşkar edilib.
Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində keçirilən növbəti tədbir zamanı isə Abşeron rayonu Qobu qəsəbəsi sakini Əlihüseyn Hüseynov saxlanılıb. Onun üzərində 6 qram heroin aşkar edilib. Yaşadığı mənzildən isə əlavə 1 kiloqram heroin, 680 qram metanmfetamin və 280 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Sonuncu əməliyyatlar nəticəsində 3 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Araşdırma zamanı müəyyən olunub ki, saxlanılan şəxslərin hər biri hələlik adı istintaqa məlum olmayan müxtəlif şəxsin tapşırığı ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçirilən külli miqdarda narkotik vasitələri qəbul ediblər və satışını təşkil etmək istəyiblər.
Faktlarla bağlı cinayət işi başlanılıb.