Narkotik satan şəxs tutuldu - TOVUZDA

Tovuzda narkotik vasitə satmaqda şübhəli bilinən şəxs saxlanılıb.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə satmaqda şübhəli bilinən, rayonun İsakənd kənd sakini Vüsal Məmmədov yaxalanıb.

 

Şübhəli şəxsə məxsus fərdi yaşayış evinə baxış keçirilən zaman oradan ümumi çəkisi 1 kq 545.07 qram marixuana aşkar edilərək götürülüb.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Fuad Nazimoğlu, 

Mehdi Məmmədov, 

APA TV

Müəllif | Apa.Tv
Apa.tv