Narkotik satan şəxsdən külli miqdarda heroin götürüldü - BAKIDA
Paytaxtın Binəqədi rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.
DİN mətbuat xidmətindən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində İlqar Kərimov Sulutəpə qəsəbəsi ərazisində yaxalanıb. Onun əlindəki bağlamadan 1 kiloqram heroin və 70 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Araşdırma zamanı müəyyən olunub ki, İlqar Kərimov narkotik vasitələri şəxsiyyəti istintaqa məlum olmayan xarici ölkələrdən birinin vətəndaşından əldə edib. O, həmin xarici ölkə vətəndaşının tapşırığı ilə narkotik maddələri Bakı şəhəri ərazisində müxtəlif yerlərə qoymaqla ayrı-ayrı şəxslərə çatdırılmasını və satılmasını təşkil etməli imiş.
Saxlanılan şəxs barəsində cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.