Narkotik satışı ilə məşğul olan Balakən sakinləri tutuldu
Balakəndə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində rayonun Gərəkli kənd sakini, əvvəllər məhkum olunmuş Şamil Qarayev yaxalanıb.
Onun üzərinə baxış zaman 26 bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Digər əməliyyat zamanı saxlanılan rayon sakini, Elçin Yusifovun üzərindən isə psixotrop maddə hesab edilən metamfetamin götürülüb.
Faktla bağlı araşdırma aparılır.