Narkotik tərkibli çətənə kolları əkib-becərən şəxs saxlanılıb

Narkotik tərkibli çətənə kolları əkib-becərən şəxs saxlanılıb.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul rayonunun Atbulaq kənd sakini, 1988-ci il təvəllüdlü Baxşaliyev Nuran Rafail oğlunun yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində narkotik tərkibli çətənə kollarının yetişdirilməsi müəyyən edilib. Polis əməkdaşları tərəfindən həyətyanı sahəyə baxış keçirilən zaman, ordan  külli miqdarda aqrotexniki qaydada  qulluq edilmiş 30 ədəd narkotik tərkibli çətənə kolları aşkar edilrərək götürülüb. Əkilib-becərilməsi qadağan olunan narkotik tərkibli bitki kolları maddi sübut kimi götürülərək istintaq işinə əlavə edilib.

Faktla bağlı Hacıqabul polis şöbəsi tərəfindən cinayət işi başlanılıb.

 

Müəllif | Apa.Tv
Apa.tv