Narkotik vasitəni 20 min manata satmaq istəyən Astara sakini yaxalandı
Astara sakinindən narkotik götürülüb.
DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının Astara rayonunda həyata keçirdikləri tədbir zamanı rayonun Səncərədi kənd sakini Ramail Fərəcov tutulub.
Onun üzərində şəxsi axtarış aparılan zaman yüksək təsiredici xassəyə malik psixotrop maddə olan 1 kiloqram 145 qram metamfetamin aşkar edilərək götürülüb.
Saxlanılan şəxs ifadəsində narkotik vasitələri satmaq niyyəti ilə əldə etdiyini bildirib.
Araşdırma zamanı müəyyən edilib ki, Ramail Fərəcov psixotrop maddə olan metamfetamini 20 min manata satmaq istəyib.
Faktla bağlı cinayət işi başlanılıb.