Narkotikin təsiri altında taksi sürən şəxs yaxalandı - CƏLİLABADDA
Cəlilabadda narkotik vasitənin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü saxlanılıb.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, rayon ərazisində taksi fəaliyyəti ilə məşğul olan “Opel” markalı avtomobilin sürücüsü manevretmə qaydasını pozduğu üçün Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Bu zaman avtomobilin sürücüsü rayon sakini İsmayıl Yusifzadənin hərəkətləri şübhə doğurduğu üçün o tibbi müayinəyə dəvət edilib. Müayinə zamanı sürücünün avtomaşını narkotik vasitənin təsiri altında idarə etdiyi məlum olub. Həmin şəxsin bir neçə ay bundan əvvəl də eyni əmələ görə cərimə olunduğu müəyyən edilib.
İsmayıl Yusifazadə məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilib.
Tural Kərimov
Rövşən Əzimov
APA TV