Narkotiklə tutulan Masallı sakininin evindən odlu silah tapılıb
Narkotiklə tutulan Masallı sakininin evindən odlu silah tapılıb.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, Masallı RPŞ-nin əməkdaşları daxil olmuş məlumat əsasında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirib. Nəticədə Bayram Böyükxan oğlu Feyzullayev saxlanılıb. Onun üzərində şəxsi axtarış zamanı 2 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana aşkar edilib. Sonra saxlanılan şəxsin rayondakı evində də axtarış aparılıb.
Qeyd edək ki, saxlanılan Bayram Feyzullayev əvvəllər də müxtəlif əməllərinə görə dəfələrlə məhkum olunub. Faktla bağlı Masallı RPŞ-in İstintaq bölməsində cinayət işi başlanılıb və araşdırmalar davam edir.