Nasaz “Mercedes” zəncirvari qəzaya səbəb oldu - BAKIDA

 

Bakıda zəncirvari avtoqəza baş verib.

APA TV-nin məlumatına görə, 3 avtomobilin bir-birinə çırpıldığı qəza Ziya Bünyadov prospektində qeydə alınıb.

Təkərində nasazlıq yarandığından Əliyev Rəşad Musa oğlu sükanı arxasında olduğu "Mercedes" markalı avtomobili saxlayıb. Bu zaman Rzayev Fəxri Firudin oğlunun idarə etdiyi "Mercedes" markalı maşın eyni markadan olan digər nəqliyyat vasitəsinə çırpılıb. Sonuncu avtomobil isə zərbənin gücündən Cəfərov Azər Azad oğlunun hərəkətdə olan "KİA" markalı maşınına dəyib. Hadisə avtomobillərə ciddi ziyan dəyib, yolda isə sıxlıq yaranıb.

 

Hadisənin təfərrüatı araşdırılır.

Müəllif | Apa.Tv
Apa.tv