Naxçıvan Beynəlxalq Hava Limanında yoxlamalar aparılır

Naxçıvan Beynəlxalq Hava Limanında yoxlamalara başlanılıb.

 

APA-nın Naxçıvan bürosu xəbər verir ki, fevralın 15-dən başlayaraq Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən hava limanında maliyyə yoxlaması aparılır.

 

Yoxlamanın aparıldığını qurumun direktor müavini Rafael İbrahimov da təsdiq edib.

 

O bildirib ki, yoxlamalar mart ayının 18-dək davam edəcək.

Müəllif | Apa.Tv
Apa.tv