Naxçıvan fərdi yaşayış evi yandı
Naxçıvan şəhərində yanğın baş verib.
Yanğın şəhərin Xətai məhəlləsindəki evdə qeydə alınıb. Bağırov Qüdrət Bayraməli oğluna məxsus 156 kvadratmetr ərazisi olan yaşayış evi yanıb. Yanğın söndürülüb.
İlkin məlumata görə, yaşayış evi ailə münaqişəsi zəminində ev sahibi tərəfindən yandırılıb.
Faktla bağlı araşdırma aparılır.
Ceyhun Məmmədov, Əli Xudiyev, APA TV