Naxçıvan MR Ali Məclisinə yeni seçkilər keçiriləcək - FEVRALIN 9-DA

 

Gələn il fevralın 9-da Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinə seçkilər keçiriləcək.

APA TV-nin məlumatına görə, MR Ali Məclisinin sədri Vasif Talıbov Ali Məclisə seçkilərin təyin edilməsi haqqında dekabrın 9-da sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, 5-ci çağırış Milli Məclisinin buraxılması və Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Prezidentin 2019-cu il 5 dekabr tarixli sərəncamına uyğun olaraq və Naxçıvan MR Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 1-ci bəndi rəhbər tutularaq, Naxçıvan MR-nın Ali Məclisinə seçkilər 2020-ci il fevralın 9-na təyin edilsin.

Müəllif | Apa.Tv
Apa.tv