Naxçıvan sakinini döydülər

"Sədərək" ticarət mərkəzində dava baş verib.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən gün ticarət mərkəzinin “Şirniyyat” bölməsində qeydə alınıb.

Bir neçə nəfər arasında düşən davada Natiq adlı şəxs Naxçıvan şəhər sakini 1976-cı il təvəllüdlü Natiq Abbasovu döyüb. Hadisə ilə bağlı polisə məlumat verilib.

Qaradağ rayon Polis İdarəsi tərəfindən araşdırmalar başlanılıb.

Hadisəni törədən şəxsin və davanın digər iştirakçıların müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv