Naxçıvan şəhərində 29 yaşlı şəxs ata və anasını bıçaqladı

Yanvarın 10-da Naxçıvan şəhərində 29 yaşlı şəxs ata və anasını bıçaqlayıb.

DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, 1962-ci il təvəllüdlü atası və 1976-cı il təvəllüdlü anasına bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirən 1995-ci il təvəllüdlü Yəhya Mirzəmmədov Naxçıvan Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Faktla bağlı istintaq hərəkətləri aparılır.

Müəllif | Apa.Tv
Apa.tv