Naxçıvan yollarında əməliyyat: Qaydaları pozanlar tənbeh edildilər
Naxçıvan Muxtar Respublikası Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Naxçıvan şəhərin müxtəlif nöqtələrində, hərəkətin intensiv olduğu küçə və prospektlərdə nizamlanmayan piyada keçidlərində hərəkət edən piyadalara yol verməyən sürücülərə, piyada keçidlərindən istifadə etməyən piyadalara, həmçinin dayanma-durma qaydalarını pozan sürücülərə qarşı reydlər keçirilib.
Reyd zamanı Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən sürücülər arasında maarifləndirmə və təbliğat işləri aparılmaqla yanaşı, qayda pozuntularına yol verən sürücülərə qarşı inzibati tənbeh tədbirləri də görülüb.
Naxçıvan DİN-in DYPİ-dən bildirilib ki, şəhər ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə mütəmadi olaraq muxtar respublikada profilaktiki-maarifləndirici tədbirlər həyata keçiriləcək.