Naxçıvana rəhbərlik edəcək şəxs kimdir?
Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov istefa verib.
Muxtar Respublikanın Konstitusiyasına görə, sədr istefa verdikdə yeni sədr seçilənə qədər onun səlahiyyətlərinin icrasını sədrin birinci müavini yerinə yetirir.
Yəni ki, Vasif Talıbovun səlahiyyətlərini Ali Məclisin birinci müavini Azər Zeynalov icra edəcək.
O, 2005-ci ildən Ali Məclisin deputatıdır. 10 saylı Şərur seçki dairəsindən deputat olan Zeynalov 2015-ci ildən sədrin I müavinidir. 52 yaşı var.