Naxçıvanda 20 Yanvar şəhidlərinin xatirəsi yad olunub

Naxçıvanda 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Dövlət bayraqları yarıyadək endirilib, sərnişinlərin, nəqliyyatın hərəkəti bir dəqiqəlik dayandırılıb.

Qanlı Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar muxtar respublikanın şəhər və rayonlarında şəhidlərin xatirəsi anılır, 20 Yanvar hadisələri ilə bağlı anım mərasimləri keçirilir.

Müəllif | Apa.Tv
Apa.tv