Naxçıvanda 6 illik ailələr dağılır - Boşanmaya nə səbəb olur?
2023-cü ildə digər illərlə müqayisədə Naxçıvan Muxtar Respublikasında bağlanan nikah sayları azalıb. Bir öncəki il bu say 1793 idisə, geridə qoyduğumuz dovşan ilində 1545 nikah bağlanıb. Nikah sayları azalsa da, geridə qoyduğumuz ildə 500-dən çox boşanma qeydə alınıb. Ailələrin dağılmasına səbəb kimi bir çox problemlər sadalana bilər. Bəs görəsən Naxçıvan sakinləri nə düşünür? Hansı problem ailə dağıtmaq üçün səbəb ola bilər? Muxtar respublikada boşanma halları daha çox Naxçıvan şəhəri və Şərur rayonunda qeydə alınıb. Dövlət qurumları isə boşanmaların qarşısını almaq üçün ilk olaraq erkən nikahlarla mübarizə aparır. Qeyd edək ki, boşanma hallarında nikahda qalma müddəti daha çox 6-8 il aralığında olub. Əksər hallarda isə, öhdəlikdə azyaşlı uşaq qalıb. Ceyhun Məmmədov, Əli Xudiyev, APA TV