Naxçıvanda general vəzifədən azad edildi
Dövlət Sərhəd Xidmətində daha iki yüksək vəzifə üzrə kadr dəyişikliyi olub.
Xidmətin rəis müavini, Naxçıvan Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-leytenant Niyaməddin Tağıyev vəzifəsindən azad olunub. O, qurumun mərkəzi aparatında idarə rəisi təyin edilib.
Digər əmrlə Niyaməddin Tağıyevin yerinə polkovnik Bəhmən Babayev təyin olunub. Bəhmən Babayev bu təyinata qədər DSX-nin "Qazax” Əlahiddə Sərhəd Diviziyasının komandiri vəzifəsində çalışıb.