13:17 3 fevral 2023 227
Ana səhifə Xəbərlər

Naxçıvanda imtahan suallarının satılması ilə bağlı yoxlamalar başladı

Naxçıvan Dövlət İmtahan Mərkəzində yoxlamalar başlayıb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, bugündən etibarən mərkəzdə  hüquq mühafizə orqanları yoxlamaları keçirir. Yoxlamaların səbəbi 2022-ci ilin dekabr ayında müəllimlərin işə qəbulu ilə bağlı keçirilən imtahan sualların satılması iddiasıdır. Bununla bağlı artıq yoxlamalar gedir.

Məlumatı Naxçıvan Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Məmməd Babayev APA-ya açıqlamasında təsdiq edib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın