Naxçıvanda məktəb çökdü - ÖLƏNLƏR VƏ YARALANAN VAR

Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm qəsəbəsində 3 saylı tam orta məktəb çöküb.

 

APA xəbər verir ki, hadisə məktəbdə inşaat işləri aparılan zaman baş verib.

 

Hadisə nəticəsində ölənlərin və yaralananların olduğu bildirilir.

 

Naxçıvan MR Xəstəxanasının qəbul şöbəsindən APA-ya bildirilib ki, xəstəxanaya 3 nəfərin meyiti və bir yaralı gətirilib.

 

Yaralı şəxs reanimasiyaya yerləşdirilib.

 

Qeyd edilib ki, ölənlər məktəbin inşaat işində çalışanlar olub.

 

Müəllif | Apa.Tv
Apa.tv