Naxçıvanda nazirlikdə yoxlamalara başlanılıb

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfati Nazirliyində yoxlamalara başlanılıb.

Bunu APA-nın Naxçıvan bürosuna açıqlamasında Kənd Təsərrüfati nazirinin müavini Fikrət Həsənov təsdiq edib. O bildirib ki, Azərbaycan Respublikası Hesablamalar Palatasının 2023-cü il iş planına əsasən Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyinə ayrılan vəsaitlərin və dövlət əmlakının istifadəsinin və idarə olunmasının auditi aparılır. Yoxlamalar 1 yanvar 2022-ci il tarixdən 1 yanvar 2023-cü il tarixinədək olan dövrü əhatə etməklə, 2023-cu ilin 15 fevral tarixindən 18 mart tarixinədək keçiriləcək.

Müəllif | Apa.Tv
Apa.tv