Naxçıvanda Nəriman Nərimanovun heykəli yerinə qaytarıldı

Nəriman Nərimanovun Naxçıvan şəhərində yerləşən "Böyük bağ" ərazisindəki heykəli yerinə qaytarılıb.

Aprelin 1-də təmir üçün yerindən götürülən heykəl dünən axşam saatlarında bərpa edilərək yerinə qoyulub.

Naxçıvan İcra Hakimiyyətindən bildirilib ki, heykəl mərmər zavodunda təmir olunub və yenidən bərpa edilib.

 

Ceyhun Məmmədov, Əli Xudiyev, APA TV

Müəllif | Apa.Tv
Apa.tv