Naxçıvanda oftalmoloq-alim Zərifə Əliyevanın 100 illiyi ilə əlaqədar konfrans keçirildi

Naxçıvanda Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi ilə əlaqədar “Elmdə qadınlar” adlı konfrans keçirilib.

Konfransda çıxış edənlər bildiriblər ki, Zərifə xanım Əliyevanın çoxcəhətli elmi və tibbi fəaliyyəti təkcə öz dövrü üçün deyil, bu gün üçün də mühüm əhəmiyyət kəsb edir və aktuallığını qoruyur. Zərifə xanım Əliyevanın xidmətləri sayəsində ötən əsrin ikinci yarısından başlayaraq Azərbaycanda oftalmologiya elminin və göz xəstəlikləri tədqiqatlarının inkişaf edən sahələrdən birinə çevrilib.

Konfransda “Azərbaycan qadını, anası, həkimi - Akademik Zərifə xanım Əliyeva” mövzusunda keçirilən müsabiqə qaliblərinin  və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi üzrə yüksək təhsil göstəricisi olan tələbələrin mükafatlandırılması mərasimi keçirilib.

Konfransdan sonra qonaqlar Akademik Zərifə Əliyeva adına Kəngərli rayon Şahtaxtı kənd tam orta məktəbində Akademik Zərifə Əliyevanın büstünün önünə gül qoyublar və məktəbdə təşkil olunmuş muzeylə tanış olublar.

Sonda qonaqların muxtar respublikada gəzintisi təşkil olunub.

 

Ceyhun Məmmədov, Əli Xudiyev, APA TV

Müəllif | Apa.Tv
Apa.tv